Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib.
"TASS"-ın yaydığı məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Jan Kasteks deyib.
Onun sözlərinə görə, komendant saatı yeni növ koronavirusa yoluxma sayının artması ilə əlaqədardır: "Ölkədə epidemioloji vəziyyət pisləşməyə davam edir. Daha 38 departamentdə və Fransa Polineziyasında komendant saatı tətbiq edirik".
Baş nazir bildirib ki, Parisdə olduğu kimi, küçələrdə hərəkət məhdudiyyəti 21:00-dan 06:00-dək davam edəcək.