Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.
O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 995 nəfərə çatıb:
“Son 24 saatda ölkədə 3 809yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 32 964-ə çatıb”.
Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb.