Fransanın cənub-qərbindəki Landes regionunda quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv “quş qripi” virusu (H5N8) aşkar olunub.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, ANSES Milli Laboratoriyası Benesse-Maremne kommunasında (Landes regionu) 6 000 ördəyin saxlanıldığı quşçuluq təsərrüfatında H5N8 virusuna yoluxma halları aşkar edib.
“H5N8 virusu köçəri quşlar vasitəsilə Avropada fəal şəkildə dolaşır”, - deyə Nazirliyin açıqlamasında bildirilib.
Profilaktik tədbir olaraq fermadakı bütün ördəklərin məhv edilməsi qərarı verilib.