Fransada ötən gün 22 882 yeni koronavirus faktı aşkarlanıb.
Medicina.az xəbər verir ki, ölkədə bu günədək 2 109 170 nəfərə COVID-19 diaqnozu qoyulub.
Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı isə 386 nəfər artaraq 48 265-ə yüksəlib.
Qeyd edək ki, ölkə üzrə 2 275-i reanimasiyada olmaqla 14 939 insan xəstəxanalarda müalicə alır.