Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fransada koronavirusun yeni variantı sürətlə yayılır

  • 2023.08.12 10:16
  • 1349 Baxış
Fransada koronavirusun  yeni variantı sürətlə yayılır

Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılır.

Medicina.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir.

Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.

Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.

Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər.

Amma bununla yanaşı Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.