Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötdü

  • 2020.04.01 23:42
  • 8377 Baxış
Fransada koronavirusdan ölənlərin sayı   4 min nəfəri ötdü

Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.


O qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.