Fransız həkim İv Koen ölkədə koronavirusa ilk yoluxma hadisəsinin əslində 2019-cu ilin dekabr ayının sonunda qeydə alındığını açıqlayıb.
Medicina.az BBC- yə istinadən xəbər verir ki, dekabrın 27-də Parisin yaxınlığında bir pnevmoniya xəstəsindən götürülən analiz nümunəsi bu yaxınlarda koronavirus testindən keçib və nəticə pozitiv çıxıb. 50 yaşlı pasiyentin o gündən sonra sağaldığı deyilib.
Keçmiş pasiyentin sözlərinə görə, o, epidemiyanın yayıldığı ölkələrə səfər etmədiyi üçün koronavirusa yoluxa biləcəyindən şübhələnməyib.