Fransada son 24 saatda koronavirusa yoluxmuş 499 nəfər vəfat edib.
Medicina.az xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı 3523-ə çatıb.
Son sutka ərzində 7578 yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada bu günədək koronavirusa yoluxanların ümumi sayı 52 128-ə çatıb.
Hazırda virusa yoluxmuş 5565 nəfərin vəziyyəti ağırdır.