Fransa hakimiyyəti martın 14-dən ölkədə COVID-19 pasportunu ləğv edəcək.
Medicina.az xəbər verir ki, ölkədə 16 yaşdan yuxarı bütün vətəndaşları bu sənədi ala bilmək üçün koronavirusa qarşı peyvəndlərin tam dövrünü tamamlamalı idi.
Bu sənəd olmadan restoranlara, kafelərə, teatrlara, kinoteatrlara girmək, həmçinin qatarla uzaq məsafəli səfərlər etmək mümkün deyildi.