Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fransada COVID-19-dan ölənlərin sayı 65 minə çatdı

  • 2021.01.02 11:03
  • 1188 Baxış
Fransada COVID-19-dan ölənlərin sayı 65 minə çatdı

Fransada son sutka ərzində koronavirusa 20 min yeni yoluxma qeydə alınıb, 133 pasiyent ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 24 min 263 koronavirus xəstəsi müalicə alır.

Pandemiya başlayandan Fransada infeksiyaya yoluxanların ümumi sayı 2.62 milyondan çoxdur, ölənlərin sayı isə 64 900-ə çatıb.

Son 24 saatda xəstəxanalara 776 pasiyent daxil olub. Onlardan 99-u ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.