Fransada yeni icad olunan tiroid dərmanı qalmaqal yaradıb.
Medicina.az xəbər verir ki, ölkədə istehsal olunan Levothyrox adlı tiroid dərmanının zərərli təsirləri xəstələrin narazılığına səbəb olub.
Fransa Tiroid Xəstələri Dərnəyi mövzu ilə əlaqədar olaraq polisə şikayət ərizəsi yazıb. Şikayət zamanı firmanın, başqalarının həyatlarını təhlükəyə atdığı və hiylə edildiyi bildirilib.
Ölkənin Səhiyyə naziri Agnes Buzyn bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, 3 milyon insan üzərində aparılan araşdırma zamanı dərmanın insanlarda baş ağrısı, saç itkisi, əzginlik kimi bəzi əks təsirlər yaratdığı aşkar edilib.
Bundan sonra firma rəhbəri Merc Serononun göstərişi ilə 2017-ci ildə yeni versiyasını çıxartdıqları dərman satışdan götürülüb.
Qeyd edək ki, Fransa dərman preparatlarını bazara çıxardan ilk ölkə olub.