Fransanın səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan 11 nəfərin hamısının sağaldığını deyib.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, ÜST daha əvvəl ölkədə 12 yoluxma hadisəsi barədə bildirib. Yoluxanlardan birinin öldüyü xəbər verilir.
"Fransada yeni növ koronavirus xəstəliyi halları daha yoxdur. Virus artıq yayılmır. Lionda xəstəxanaya yerləşdirilən son xəstə sağalıb və evə qayıdıb", - O.Veran deyib.