Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Fotoşop deyil, 35 kq arıqlamışam” - Aşıq Əli

  • 2018.01.09 12:10
  • 14734 Baxış
“Fotoşop deyil, 35 kq arıqlamışam” -  Aşıq Əli
Aşıq Əli Tapdıqoğlu müzakirələrə səbəb olan fotosundan danışıb. "Qafqazinfo” xəbər verir ki, o, tanımaz dərəcədə arıqlamağı barədə "Günə son” verilişində açıqlama verib. 


Medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı 35 kilo çəki atdığını qeyd edib:


"Səhhətim yaxşıdır. Fotoşop deyil, 35 kq arıqlamışam. Bundan sonra da arıqlamaq fikrim var. Bir ara çox kökəlmişdim. Düşündüm ki, çəki atmaq lazımdır. Bir az yeməkləri azaltdım, qazlı su içmədim. Hələ idman etmirəm. Artıq istədiyim nəticə üçün 15 kq qalıb.  Həmin paylaşdığım şəkildə üzümə işıq pis düşmdüşdü. Ona görə silib başqasını paylaşdım”.