Ötən həftə ərzində "Formula 1"də koronavirus infeksiyasına 9 yoluxma halı aşkarlanıb.
Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəsmi saytının məlumatına görə, 23 - 29 oktyabrda ümumilikdə 4 281 test aparılıb. Yoluxanların adları açıqlanmır.
Qeyd edək ki, bu gün İtaliyanın İmola trasında San-Marino Qran-prisi start götürəcək. Bu trasda "Formula 1" pilotları 2006-cı ildən sonra ilk dəfə yarışacaqlar. Qran-prinin qalibi oktyabrın 1-də müəyyənləşəcək.