İnsan sağlamlığı baxımından önəmli bir yer tutan innab qədim dövrlərdən etibarən alternativ tibb vasitəsi kimi istifadə edilib.
İnnabın faydaları nələrdir?
Tərkibində bol miqdarda vitamin və minerallar var. A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir. Antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.
Formada qalmaq istəyənlər üçün də innab çox faydalıdır.
İnnab ən aşağı kalori miqdarına sahib olan meyvələr arasında yer alır. Bu meyvəni yeyərək, həm uzun zaman tox qala bilər, həm də arıqlayarkən itirilən enerjini geri qazanmağı təmin edir.
"Həzmi asanlaşdırır"
İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür. Xərçəng və qaraciyər xəstəliklərindən qoruyur. Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır.
"İmmuniteti gücləndirir"
Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir.
Nəzərinizə çatdıraq ki, tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına da faydalıdır.