Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fol turşusu: faydası, zərəri - Kimlərə lazımdır?

  • 2022.10.04 14:08
  • 13798 Baxış
Fol turşusu: faydası, zərəri  - Kimlərə lazımdır?


Ginekoloq reproduktoloq İrina Myaqkix fol turşusunun özəlliyindən danışıb.


"Medicina" xəbər verir ki, həkim bu vitamini özbaşına qəbul etməyin yolverilməz olduğunu deyib.
"Fol B 9 vitamininin analoqudur.


O, DNT strukturunun sintezi və bərpası üçün vacibdir. Genetik materiallar foldan istifadə edir.
Orqanizmin 90% hüceyrələri folata ehtiyac duyur.
Onsuz onlar normal bölünə bilmirlər.


B 9 çatışmadıqda anemiya, depressiya, sinir pozulmaları, iltihabi proseslər yaranır.
Hamilələr və döl üçün bu turşu həyati vacibdir.

Əgər bu defisitdirsə, uşaq ürək və beyin qüsurlu doğulur.

Bİr çox Qərb dövlətlərində fol turşusu dövlət səviyyəsində qanunla tənzimlənərək, çörək və makaron, un məmulatlarına əlavə olunur.
Düzgün qəbul edilmədikdə o çox sürətlə zərərli maddəyə çevrilir.


Uzun müddət yülsək dozada qəbul bədxassəli şişlər, allergik, görmə pozulması və nevroloji problemlər yaradır.

Fol turşusu ilə üzərinizdə eksperiment aparmayın".

Aygün Musayeva