"Yırtıqların ölçülərinin azalması ilə bağlı sual tez-tez verilən suallardan biridir. Bizim öz təcrübəmizdən və dünyada aparılan müşahidələr əsasında qeyd etmək olar ki, düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər".
Medicina.az xəbər verir ki, reabilitoloq, fizioterapevt, Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
O, bildirib ki, adətən, ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılması, iltihablaşma və s. şikayətlərin aradan gotürülməsi və ya azalmasıdır. Zaman keçdikcə yırtığın ölçüləri azala bilər ki, bu da adətən 6-12 aydan tez olmur:
"Pasiyentlər müalicə sonrası ağrılarının təkrarlanmaması üçün həyat tərzində dəyişikliklər, fiziki və statik fəaliyyətin doğru stereotiplərini formalaşdırmaq, bel əzələlərini gücləndirmək və s. məsələlərdə diqqətli olmalıdırlar".