Orqanizmdə ehtiras baş qaldırsa da cinsi əlaqədən imtina edən qadını başa düşmək çətindir. Subyektiv həyəcan hiss etməyən, lakin kifayət qədər "hazır" olan kişini başa düşmək də çətindir.
“Medicina” xəbər verir ki, orqanizmdə sadəcə baş qaldıran sekssiz ehtiras fizioloji və subyektiv olaraq 2 yerə bölünə bilər.
Fizioloji həyəcan - cinsi orqanlarınız cinsi kontekstdə olan bir stimula cavab verdikdə baş verir. Bu, filmdəki açıq səhnə və ya tərəfdaşın toxunuşu ola bilər.
Subyektiv oyanma, stimulun sizin üçün xoş və ehtiraslı olub-olmamasına dair şəxsi qiymətləndirmənizdir.
Biz öyrəşmişik ki, insan həyəcanlananda onun orqanizmi müəyyən fizioloji reaksiya verir: kişilərdə ereksiya, qadınlarda isə yağlanma. Lakin seksologiyada subyektiv cinsi yaxınlıq istəyi ilə orqanizmin obyektiv reaksiyasının üst-üstə düşməsi cinsi oyanmanın uyğunluğu adlanır.
Psixologiya üzrə fəlsəfə doktoru Emili Naqoski uyğunluqda gender fərqlərini tədqiq etmişdir. Onun araşdırmaları göstərdi ki, kişilərdə bu 50%, qadınlarda isə cəmi 10% təşkil edir.
Başqa sözlə desək, qadın fizioloji olaraq, cinsi kontekstdə tamamilə fərqli stimullara oyanıla bilər, lakin eyni zamanda o, həqiqətən də on oyanışdan yalnız bir dəfə subyektiv cinsi istək yaşaya bilər.
Günay Quluzadə