Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fitnesin sağlamlığa faydaları - ARAŞDIRMA

  • 2019.09.30 15:02
  • 4038 Baxış
Fitnesin sağlamlığa faydaları -  ARAŞDIRMA
Çoxları düşünür ki, fitnes yalnız artıq çəkidən azad olmaq üçün vasitədir. Lakin fitnes həm də sağlamlığı qorumaq və insanların özlərini daha yaxşı hiss etmələri üçün əla seçimdir. Davamlı fitneslə məşğul olan şəxslər özlərini daha yaxşı hiss edir, çox yaşayır və daha effektiv işləmək gücü əldə edirlər.


  Medicina.az sizə fitnesin faydalarını təqdim edir:


- İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür. 


- Gündəlik idmanla məşğul olan insanlar arasında keçirirlən sorğuya əsasən məlum olmuşdur ki, onlar, özləri və güclərinə daha çox əmin olduğundan, stress və depressiya halları ilə daha az rastlaşırlar.


 - Orqanizm üçün çox vacib sayılan maddələr mübadiləsi idmanla məşğul olduqda yaxşılaşaraq, immun sistemini gücləndirir, bu isə qrip və soyuqdəymə ilə mübarizədə kömək edir. 


- Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər,yuxusuzluqdan əziyyət çəkirlər. Bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik.


- Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək-damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır.

 

- Fiziki məşğələlər həmçinin beynin aktivliyini və sevinc hormonu olan "serotonin”in istehsalını artırır. Bu isə yaxşı əhval və beyin aydınlığına səbəb olur. 


- Hər səhər 30 dəqiqə ərzində müəyyən idman hərəkətləri etməklə, ifraz olunan endorfin qanda dövr edərək insanın enerjili və bütün günü tonusda qalmasını təmin edir. 


- Gündəlik fitneslə məşğul olan insanlar, divanda vaxt keçirməklə oturan insanlardan 32% daha az dayaq vəzifəsinin xroniki xəstəliklərinə tutulma təhlükəsindən əziyyət çəkirlər.


 Beləliklə orqanizminizi fiziki yüksüz qoyduqda, bu bədənin passiv olması və bundan əlavə müxtəlif xəstəliklərin yaranmasını təmin edir. Yalnız unutmayın müəyyən xəstəliklər zamanı fitness əks göstərişli sayıla bilər. 


Bunlardan xroniki böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, xoşxassəli hiperbillirubinemiya, qaraciyər sirrozu, qida borusu xəstəlikləri, sidik sitemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri (şəkər, qalxanvari vəz), tənəffüs sisteminin xəstəlikləri, bronxial astma və bir çox digər xəstəlikləri misal göstərmək olar.