Müğənni və aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə bəstəkar Cəmil Əmirov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Aktrisanın ürək tutmasından vəfat etdiyi bildirilir.
Bir neçə gün öncə 62 yaşını qeyd edən F. Rəhimbəyli ABŞ-da yaşayırdı.
F. Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub
.
1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.
Bir sıra filmlərdə rol alan aktrisa daha çox "Bəxt üzüyü" filmindəki Sevda rolu ilə məşhurluq qazanıb.
1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.