Fındıq xərçəng riskini 40 % azaldır.
“Medicina” xəbər verir ki, bu haqda dietoloq Vasilisa Ponomareva öz müsahibəsində bildirmişdir.
Fındıq oksidantlar, vitaminlər və liflərələ zəngindir. Həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu təsirli qidalanma xərçəngin qarşısını almaq üçün kifayət edir.
Statistikaya görə, hər iki insandan biri xərçəng xəstəliyinə tutulur. Lakin araşdırmalar göstərir ki , bu riskin qarşısını nisbətən almaq olar. Məlum olub ki, fındıq hətta xərçəngdən ölüm riskini 40 % azaldır.
Gün ərzində orqanizm şokolad və ya peçenye tələb edir. Lakin bunun əvəzinə beyni gücləndirən və bol proteinli çərəz məhsulları, əsas da fındıq yeyə bilərsiniz. Çünki bu çərəzlər iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Araşdırmalar göstərir ki, çərəzlər əsasən də fındıq xərçəng, diabet və ürək – damar xəstəlikləri da daxil olmaqla bir sıra problemlərin riskini azalda bilər.
İspaniyada 7000 mindən çox yaşlı insanın işrtak etdiyi araşdırmalarda həftədə 3 dəfədən çox qoz- fındıq yeməklə xərçəng ölümü riski olan insanlarda müsbət təsir görülüb. Təbii ki, spirtli içki qəbulu,fiziki fəaliyyət və siqaret kimi digər faktorları nəzərə alınıb.
Diyetoloq bildirdi ki, həftədə 3 dəfə, gün ərzində bir ovuc qoz – fındıq və digər çərəz qəbulu kifayət edir ki, bu xəstəliklərin öhdəsindən gəlmək mümkün olsun.
Günay Quliyeva