Süd vəziləri insan bədəninin ən mürəkkəb, tez-tez dəyişikliyə uğrayan, hormonlardan asılı olan və çox fəsadlara yol açan mürəkkəb orqanıdır. Demək olar ki, süd vəziləri heç vaxt sakit dayanmır, hər an nəyəsə qarşı həssaslıq nümayiş etdirir.
Qadının intim, emosional, seksual vəziyyətindən asılı olaraq süd vəzilərində displastik proseslər baş verir, daha çox mastopatiya və fibroz-kistoz mastopatiya patologiyaları yaranır.
Mastopatiya və fibroz-kistoz mastopatiya – süd vəzilərinin xoşxassəli dəyişikliyidir.
Yaranma səbəbləri o qədər çoxdur ki, artıq həkimlər bunu araşdırmağa lüzum görmür.
-Stress, əsəb, gərginlik, ailə vəziyyəti, konfliktlər, işdə vəziyyət
-Seksual intim faktorlar
-Reproduktiv faktorlar – hamiləlik, doğum, abort, südvermə, qorunma, menstruasiya pozğunluğu
-Ginekoloji xəstəliklər
-Endokrin pozulmalar – qalxanvari vəzin istənilən disfunksiyası, şəkərli diabet
-Qaraciyərin patoloji xəstəlikləri
-Genetik irsi səbəblər
Çox zaman bir qadında bu səbəblərin 3-4-ü birləşir. O zaman süd vəzilərinin ideal sağlam olmasından söhbət gedə bilməz.
Mastopatiyadan şübhələndirən əlamətlər:
-Süd vəzilərində bərkimə, ağrı, istilik
-Ölçüdə böyüməsi, şişkinlik
-Gilədən mayenin gəlməsi
Ağrı kürək, qolaltı və çiyinə yayılır. Daha çox menstruasiya başlayanda artır. Eyni zamanda baş ağrısı, üz və ayaqların şişkinliyi, ürəkbulanma, meteorizm şikayətləri də ola bilər. Bu sindrom qadınlarda stres, depressiya, aqressivlik, küskünlük də yaradır.
Çox zaman süd vəzilərində olan ağrı ostexondroz, radikulit, nevrit, nevralgiya ağrıları ilə səhv salına bilər.
Fibroz-kistoz xəstəliyin formaları
-Ən sadə, xoş forması vəzinin toxumasının şişkinliyidir
-Fibroz komponentin yaranması – axarların yığılması, daralması, birləşdirici toxuma və bağların böyüməsi, onların toxumanı sıxması
-Kistoz komponent – bir necə kistanın olması, onların süd vəzi toxumasından seçilməsi, aydın hiss olunması
-Qarışıq forma – həm fibroz, həm kistaların olması
Ən yüngül forması düyünlü mastopatiyadır. Bu formada bir neçə düyünün olması – adenoma və ya fibroadenoma xarakterikdir .
Fibroadenoma – süd vəzilərinin ən çox rast gəlinən xoşxasəlli şişidir. 20-45 yaşda hər bir qadında rast gəlinə bilər. Hətta proses yeniyetmə dövründən başlaya bilər. Ən böyük ölçüsü 12-15 sm-dir. Xoşxassəli şişin bədxassəliyə çevrilməsi 1-2 faiz hallarda mümkündür.
Əgər gilələrdən axıntı, şəffaf və ya qanlı maye gələrsə, o zaman həkim-mammoloqun qəbuluna tələsmək lazımdır.
Müayinə:
-Həkim əllə palpasiya edəcək
-Daha sonra USM müayinədə süd vəziləri və limfalar yoxlanacaq
-45 yaşdan yuxarı xanımlara mammoqrafiya təyin olunacaq
-Qanın ümumi, hormonal analizi veriləcək
-Böyük kistlərin punksiyası aparılıb, mayenin sitoloji analizi götürüləcək
Müalicə mastopatiyanın növündən, ağırlığından asılı olaraq hər xəstəyə fərdi təyin olunur. Lazım gələrsə qadın nevroloq, endokrinoloq, ginekoloq müayinəsi və müalicəsi alacaq. əgər həkim nədənsə şübhələnərsə, biopsiya materialı götürüləcək.
Bəzi hallarda cərrah onkoloqlar fibroadenomalar, kistlərin kəsilib götürülməsini icra edir. Bu, adenomalardan, ağrıdan xilas üçün ən qısa yol ola bilər. Amma əməliyyatdan sorna süd vəzilərində eyni patologiyanın yaranmamasına heç kim zəmanət verə bilməz.
Süd vəzilərinin yoxlanması, USM və qan analizləri, onkomarkerlərin verilməsi və hormonal balansın tənzimlənməsi, gələcək fəsadların qarşısının alınması, orqanizmin toksinlərdən təmizlənməsi, təbii tərkibli preparatlarla fibroz-kistos mastopatiyanın müalicəsi üçün Bioloji təbanət klinikasının həkim onkoloqu Rəna Niftəliyevaya müraciət edə bilərsiz. O sizə ən düzgün müayinə-müalicə yolunu, ən əsassız əməliyyatsız çıxış yolunu göstərəcək.
Əlaqə:
Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Dosde sis
Salam menim dosumde sis var biopsi eletdirdim huceyre askarlandi bu qorxuludu xerceng sayilir
Mənə fibröz kistoz diaqnozu qoyulub qorxuludur 50 yasim var
Mende de var mastapatiya Hemde çox saylı miomlar matkada
Mende de var Mastapt
Salam can mende masdapaya kisdos fibroz ve duyunlu sahe var amma uzi patolgyaszdi yazib bir ildi malce edrem inanki sagalmiram agrilar qoltug alti sine kurey cox ezyet cekrem birde bogazmda deyrler kisda var mumkundurmu bogazda kisda olsun
Salam men 4gün evvel elim sag döşümün altına deydi hiss eledimki sanki fındıq boyda düyün var orda inanmadım elimi vuranda biıdimki jeqiqetende düyün var dediyim kimi ne edeceyimi bilmirem hemde men normal aybaşı olmuram 44yaşım olacag aileli olmuşam 1övladım var tek böyüdürem ne eliyeceyimi bilmirem
Salam adım Aysu 29 yashim var mende fibroz kistoz mastopatiyasi aşkar olunub .. buna deyirler müalicə yoxdur .. oprasya yalnız olur.. düzdürmü?
salam .47 yaşım var sol döşümde fibroz mastopotiya var uziye düşmüşem döşün üst terefinde sinəyə yaxı şiş olur böyüyür öz ızüne kicilir ancaq axır vaxtlar tez tez agrıyır hansı həkimə müraciyet edim
Mende fibroz kisdos masdapadiya var meni en cox sol kureyim incidir qoltug altimda vezler var qebulunuza nece duwmey olar
Salam fibroz kistoz mastapatiya var məndə ən arasında menstrusiya vaxtı çox incidir imkan yoxdu bu pis xəstəliyə çevrilə bilərmi
34 yaşım var məndədə fibroz kistoz mostapatiya var ağrılarım olur ən çox ana halı vaxtı, həkim ginekoluq maston plus tabletkası yazıb atıram 3 ay atmalıyam bu kömək edər? Əlavə nəsa maz ya tabletka atmaq vacibdi xahiş edirəm cavablandırasınız?
31 yasım var süd vəzimdə fibroz kistoz mastopatiyası əlaməti var. Bunun üçün nə etməli ginekoloq yanında olmuşam.
Salam Doktor. Menim sag sinemde fibroma tapilib cox incidir meni agri sag kureyime ve qoluma vurub keyelir cox qorxuram bu pis xestelik ola biler??
Salam mende fibroz mastopatiya cixib bu xos xasselidi xossa bed xasseli?????