Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Modul və kovid xəstəxanaları bağlanır? - SƏBƏB

  • 2022.03.24 12:40
  • 2207 Baxış
Modul və kovid xəstəxanaları bağlanır? -    SƏBƏB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb.


Medicina.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, buna səbəb ölkədə koronavirusa yoluxma sayının azalmasıdır.


FHN-dən bildirilib ki, artıq xəstəxanada bəzi bölmələr fəaliyyətini dayandırıb:


“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”.


Qeyd edək ki, “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığı üçün bağlanıb.