Fövqəladə Hallar Nazirliyinin bir müddət öncə COVID-19 virusuna yoluxan gənc əməkdaşı Oqtay Quliyev vəfat edib.
FHN Mətbuat xidmətindən
Medicina.az -a bildirilib ki, Nazirliyin Nərimanov rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev müalicə olunduğu xəstəxanada vəfat edib.
O.Quliyev, həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü olub.