Mütəxəsislər hər bir fəslin öz meyvə-tərəvəzi olduğunu və mövsümündə yetişən bitkilərlə qidalanmağın faydalı olduğunu bildirirlər. Qış aylarında daha çox xəmir və ətli yeməklərlə qidalanan orqanizm yaza doğru getdikcə vitaminsizləşməyə başlayır. Buna görə də, fəsildən asılı olmayaraq meyvə-tərəvəzlərdən imtina etmək sağlamlıq üçün zərərli ola bilər.
Fevral ayının ilk həftəsini yaşayırıq. "Qışın bitdiyi yazın başladığı bir mövsümdə hansı meyvə və tərəvəzlərdən istafadə edə bilərik?” sualı bir çoxunu narahat edir.
Fevral ayında yeyilə bilən tərəvəzlər
Kəvər, turp (qırmızı, qara, ağ) gül kələm, yerkökü, brokkoli, balqabaq, kələm (qırmızı, ağ), kərəviz, çuğundur.
Fevral ayında yeyilə bilən meyvələr
Alma, banan, portağal, greypfrut, heyva, armud, avokado, limon.
Bu balıqların ən çox vitamin və minerallarla zəngin olduqları aydır. Buna görə də, ət və toyuq əvəzinə balıqdan çox istifadə etmək məsləhətdir. Yaxşı olar ki, həftədə 2 dəfə balıq yeməyi yeyəsiniz.
Arzu
Medicina.az