Bəzi qiymətləndirmələ əsasən, gələn ilin fevralına qədər yoluxma tendensiyası dəyişməsə, Avropa regionunda daha yarım milyard insan koronavirusdan ölə bilər.
Medicina.az -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru deyib.
O bildirib ki, ÜST pandemiyanın başa çatmasını yalnız səhiyyə sisteminin yüklənməməsi təqdirində elan edə biləcək.
"Biz virusla yaşamağı öyrənməliyik. Səhiyyə sistemimizin yoluxma və ölümlərlə əlaqədar yüklənməsi azalanda pandemiya epidemiyaya çevrilə bilər və səhiyyə əvvəlki xidmətləri göstərməyə başlaya bilər" - deyə ÜST rəsmisi qeyd edib.
H.Klüge əlavə edib ki, regionda yoluxma ilə bağlı vəziyyətin yenidən pisləşməsi bir sıra ölkələrdə vaksinasiya prosesinin ləngiməsi ilə əlaqədardır.
Qeyd edək ki, bugünədək Avropa regionunda 67 milyona yaxın yoluxma və 1,3 milyondan çox ölüm faktı qeydə alınıb.