Fəsil dəyişməsi təkcə havanın istiliyinə deyil, həm də saçın sağlamlığına təsir edir. Xüsusilə yaz və payız aylarında saç tökülməsində artım ola bilər.
Mövsümi dəyişikliklər bədənin hormonal balansına və maddələr mübadiləsinə təsir edərək, saç dövranında dəyişikliklərə səbəb olur. Havanın rütubətindəki dəyişikliklər, temperatur fərqləri, UV şüalarının təsiri və immunitet sisteminin zəifləməsi kimi faktorlar saç köklərinə mənfi təsir göstərir. Bu səbəbdən saç telləri daha həssas olur və tökülmə meyli artır.
Saç tökülməsinin qarşısını almaq üçün nə etmək olar?
1. Balanslı qidalanmaya diqqət edin
Protein, dəmir, sink və B vitaminləri saç sağlamlığı üçün vacibdir. Mövsümi keçidlər zamanı bu qidaların kifayət qədər qəbulu saç tökülməsinin qarşısını alır. Yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, yumurta və balıq kimi qidaları müntəzəm olaraq yemək xüsusilə vacibdir.
2. Saça qulluq məhsullarınızı nəzərdən keçirin
Saç tipinizə uyğun şampun və qulluq vasitələrinin istifadəsi baş dərisini və kökləri dəstəkləyir. Kimyəvi tərkibli məhsullardan qaçınmaq və təbii qulluq prosedurlarına müraciət etmək saçların güclənməsinə kömək edir.
3. Stress
Stress saç tökülməsinə səbəb olan ən vacib amillərdən biridir. Daimi məşq, meditasiya və ya nəfəs məşqləri stressi azaltmaqla saç sağlamlığını qorumağa kömək edir.
4. Baş dərinizi çasaj edin
Həftədə bir neçə dəfə təbii yağlarla (məsələn, arqan, kokos və ya badam yağı) baş dərisi masajı qan dövranını artırır və saç köklərini gücləndirir. Bu üsul saç tökülməsini azaldır və daha güclü və sağlam saçların uzanmasını dəstəkləyir.
5. Saçlarınızı qoruyun
Saçlarınızı tez-tez boyamaq, istiliklə formalaşdırmaq və ya mövsümi dəyişikliklər zamanı kimyəvi prosedurlara məruz qoymaq saç tökülməsini artıra bilər. Bu dövrlərdə saçlarınıza qoruyucu vasitələrdən istifadə etmək çox vacibdir.
Mövsümi dəyişikliklər zamanı yüngül saç tökülməsi normal sayılır. Əgər tökülmə həddindən artıq olarsa, saçlar əhəmiyyətli dərəcədə seyrəlməyə başlayarsa və ya baş dərisində qıcıqlanma olarsa, mütləq bir dermatoloqa və ya saç sağlamlığı mütəxəssisinə müraciət etmək lazımdır.
Aygün
Medicina.az