Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fəqərəarası disk yırtıqlarının İnteqrativ təbabət ilə müalicəsi

  • 2023.05.04 15:09
  • 2562 Baxış
Fəqərəarası disk yırtıqlarının   İnteqrativ təbabət ilə müalicəsi
Bu gün fəqərəarası disk yırtığına çox tez-tez təsadüf edilir.

Pasientlər bilməlidirlər ki, 98% fəqərəarası disk yırtığı konservativ üsulla müalicə olunur:

  • Fəqərəarası disk yırtığı 2%-hallarda cərrahi əməliyyata göstərişdir:
  • kiçik çanaq orqanlarının funksiya pozulması (məs, sidik ifrazı,
  • defekasiya aktında problem)
  • ətrafların parezi

"Medicina" xəbər verir ki, onurğa - insanda 33-34 fəqərənin bir-birilə birləşməsindən əmələ gələrək gövdənin dayağını təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir.

Onurğa kanalında onurğa beyni yerləşir. O, yuxarıda uzunsov beynə, aşağıda isə 1-2 ci bel fəqərələri səviyyəsində nazikləşərək lat. Conus medullaris adlanan üzvə keçir. Onurğa beyni hərəkət, orqanizmin bütün funksional prosesləri, ətraf mühit qıcıqlarının işlənməsinə cavabdehdir, həmçinin, düşünmə, hissiyyat və s. həyati vacib funksiyaların təmin olunmasında iştirak edir.

Fəqərəarası disk yırtığı ən çox 30-50 yaş arasına təsadüf edir, fəqərə sütununun bel-oma və boyun nahiyəsində daha çox təsadüf olunur. Yırtığın hansı fəqərəarası diskdə olmasından asılı olaraq müxtəlif klinik əlamətlərlə özünü göstərir. Boyun fəqərəarası disk yırtığında başağrı, yuxarı ətraflarda ağrı, keyləşmə, zəiflik müşahidə edilir. Yırtıq onurğa kanalında daralma yaradıb, onurğa beynini sıxarsa daha ciddi klinik əlamətlər yarana bilər, məs.,
ətrafların parezi, yerişin çətinləşməsi və s.

Bel-oma fəqərəarası disk yırtığında xəstələr həmin nahiyədə ağrıdan, ağrının aşağı ətraflara vurmasından,
keyləşmə hissi, yerişin çətinləşməsindən şıkayətlənir.

Disk yırtığının yaranma səbəbləri:

- Maddələr mübadiləsinin pozulması - İrsi faktor
- Ağır fiziki iş - İnfeksiya və s.
- Travma

Disk yırtıqları adətən fəqərə sütununun degenerativ xəstəlikləri fonunda yaranmış olur (osteoxondroz, spondilyoz).
Diaqnozu təsdiqləmək üçün MRT müayinəsindən istifadə edilir.

Müalicə


Fəqərəarası disk yırtığının müalicəsində ən effektiv müalicə biotənzimləyici terapiyadır. Bu müalicə ilk öncə orqanizmə ümumi biotənzimləyici təsir göstərir, turşu-qələvi balansını tənzimləyir, xəstə orqana hüceyrə səviyyəsində təsir göstərməklə regenerasiya qabiliyyətini bərpa edir, əməliyyat olunmuş xəstələrdə yenidən yırtıq əmələ gəlməsinin qarşısını alır.

Bu məqsədlə Almaniya istehsalı olan təbii tərkibli preparatlardan istifadə edilir. Bu preparatlar nanodozalarda olduğundan yaxşı mənimsənilir, tərkibləri zəngin, çoxhədəfli olduğu üçün xəstəliyə etiopatogenetik təsir göstərir. Bu preparatların heç bir əlavə təsiri, əks göstərişi yoxdur. Müalicə zamanı eyni zamanda akupunktura, homeosiniatriya, biopunktura, nevral terapiya, osteopatiya, fizioterapiya və digər reabilitasiya üsullarından, həmçinin, dietoterapiyadan istifadə edilir.



  1. Zeel T
Göstərişlər: Artroz/оsteoartrit, əsasən diz artrozu, poliartroz, spondiloartroz, çiynin firlanan manjeti sindromu. Oynaqların revmatik xəstəlikləri.

Əks göstərişlər: Hamiləlik və laktasiya dövrü.

Dozalanma: böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 1 həb sublinqval.
İnyeksiya üçün məhlul: Ampul 2.2 ml N 5.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 1 ampul həftədə 1-3 dəfə (d/a, d/d, ə/d, o/d, v/d).
Məlhəm: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gün ərzində 2–4 dəfə sürtülməli (yalnız xaricə istifadə olunmalı).



Discus compositum

Göstərişlər: Oynaq və fəqərəarası disklərin patologiyaları. Osteoxondroz (məsələn, Şoyerman xəstəliyi), artrit və artroz kimi xroniki oynaq xəstəlikləri, onurğa ilə əlaqəli nevralgik ağrılar.

Əks göstərişi və əlavə təsiri yoxdur.

Dozalanma: böyüklər və 12 yaşdan yuxarı uşaqlar:
1 ampul həftədə 1-3 dəfə (d/a, d/i, ə/d və ya v/d).

Gelsemium-Homaccord

Göstərişlər:

Servikal sindrom
Boyun osteoxondrozu
Boyun spondilyozu
Miqren
Ənsə sinirinin nevralgiyası
Üçlü sinirin nevralgiyası
Miofassial sindrom

Əks göstərişi və əlavə təsiri yoxdur.

Dozalanma:

Damcı: böyüklər və 12 yaşdan yuxarı uşaqlar:10 damcı gündə 3 dəfə.

İnyeksiya üçün məhlul 2.2 ml N5

böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 1 ampul həftədə 1-3 dəfə (d/a, d/i, ə/d və ya v/d).

Aygün Musayeva