Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

FDA marixuana tərkibli preparatı təsdiqlədi - Epilepsiyanın ağır növləri üçün

  • 2018.06.27 13:46
  • 12956 Baxış
FDA marixuana tərkibli preparatı təsdiqlədi -  Epilepsiyanın ağır növləri üçün
ABŞ-ın qida əlavələri və dərman vasitələrinin keyfiyyətinə nəzarət idarəsi – FDA ilk dəfə kannabis ( marexuana növlü) bitki tərkibli preparatı epilepsiyanın ağır formalarında təyin etməyə icazə verib. Kannabidiol (Epidiolex) preoral məhlul olub Lennoks- Qasto sindromunda tutmaların müalicəsi və Drave sindromunda tətbiq olunur. Hər iki sindrom uşaqlıqdan yaranır, preparatdan 2 yaşından yuxarı uşaqlara təyin etməyə icazə var. 


Medicina.az FDA-nın rəsmi saytına əsasən bildirir ki, Kannabidiola razılıq verilməsi Amerikan tibb tarixində ciddi və vacib hadisələrdən biridir. 


FDA-nın rəhbəri Skott Qottlib bildirib ki, bu böyük tibbi proqresdir. 516 pasiyent üzərində preparatın tətbiqi həm kliniki, həm statistik baxımdan sübut etdi ki, bayılma və qıcolma tutmalarının sayında azalma olub.  Lakin bu o demək deyil ki, marixuananın bütün komponentlərinin müalicə üçün tətbiqinə yol verilə bilər. Bu faktiki olaraq bir konkrer medikamentin konkret sindromlar üçün təsdiqidir.

 

Preparatın istehsalına bu ilin payızında başlanılacaq. Qeyd edək ki, ABŞ-ın 29 ştatında marixiuana leqaldır. Lakin federal qanunvericiliyə görə, marixuananın saxlanması və hər hansı məqsədlə istifadəsi qanunsuz əməl hesab olunur.