Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Fazil Mustafanın bədənindəki güllə evdə çıxarılıb - Xanımı

  • 2023.03.29 15:51
  • 2073 Baxış
Fazil Mustafanın bədənindəki güllə evdə çıxarılıb   - Xanımı
Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.

"Medicina" xəbər verir ki, bu barədə Lent.az-a danışan deputatın həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər:

“Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər”.

Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib:

“İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.