Sabiq vergilər naziri Fazil Məmmədov uzun müddət idi ki, mədəaltı vəzin xroniki pankreatitindən əziyyət çəkirdi.
Bu səbəbdən dəfələrlə Türkiyə klinikalarında müalicə alıb.
Ötən gecə ürək çatışmazlığından vəfat etdiyi deyilən Fazil Məmmədovun ölümünə səbəb olan əsas faktor mədəaltı vəzin sıradan çıxması idi.
"Medicina" həmin xəstəliyin səbəblərini təqdim edir.
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir, bu zaman vəzin hüceyrələri bir-birinə hücum edir, orda nekroz əmələ gələ bilər.
Daha çox ət, qızarmış yemək və spirtli içki qəbul edənlərdə yarana bilir.
Digər səbəbi stress, genetik amillərdir.
İkincili reaktiv pankreatit mədə-bağırsaq, həzm, öd, qaraciyər problemi, öd daşı olanlarda xroniki olaraq inkişaf edir.
Əsas əlamətləri :
- Mütəmadi qabırğa altında sancı
- Ürəkbulanma, qusma
- Həzm pozuntusu
- Qarında dəhşətli köp
- Kəskin formada çox güclü kəsici ağrı, güclü qusma
- Ürək döyüntünün artması
- İştahın pozulması
- İshal
- Nəcisin açıq rəng alması
Əgər mədəaltı vəzin 90% işləmədiyi diaqnoz olunarsa, xəstəyə ömürlük ferment preparatları yazılır.
Kəskin pankreatitin 3 əsas müalicə metodu var: acqalma, soyuq və sakitlik, yuxu.
Alkoqolun dağıtdığı orqan
Spirtli içkinin təsirindən vəzin hüceyrələri toksiki fonda zədələnir, vəzin sintez etdiyi fermentlər kortəbii aktivləşir və vəzin özünün toxumasını "yeməyə” başlayır. Nəticədə orqanda nekroz – çürümə başlayır.
İltihabdan vəzi böyüyür, şişir, yaxınlıqdakı orqanları və sinirləri sıxır, ağrılar başlayır.
İltihabın qarşısı alınmadıqca proses aqressivləşir, fibroz başlayır, mədəaltı vəzi axacaqları tutulur, orqan zədələnir. Ferment ifrazı funksiyası pozulur, ağır dispepsik pozuntular baş verir.
Həm içib, həm siqaret çəkmək isə damarların spazmı, vəzin işemik zədələnməsi və toxumanın dağılmasını təmin edir.
Aygün Musayeva