Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə onun ailəsi məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
O, Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.