Bir müddət öncə xərçəng diaqnozu qoyulan "Faytonçu” ləqəbli müğənni Nazim Pişyari qalmaqallı açıqlama verib.
Medicina.az xəbər verir ki, cebhe.info redaksiyasının qonağı olan müğənni söhbət zamanı mayın 11-də "Elmed” klinikasında həkim Elman Əzimov tərəfindən öd kisəsində yaranan problemlə əlaqədar olaraq uğursuz əməliyyat olunduğunu deyib.
Müğənninin sözlərinə görə, həkim ona onkoloji xəstə olduğunu bildirib.
Ölkə xaricində - İsrail və Türkiyədə verilən analizlərin nəticələri isə onda heç bir onkoloji xəstəliyin olmadığını göstərib.
Həkim Elman Əzimovun vəkili Elvin Səlimovun sözlərinə görə, kiməsə onkoloji xəstə diaqnozu qoymaq hansısa özəl xəstəxanada çalışan həkimin səlahiyyətində deyil. Bir sıra iddialara cavab verən Elvin Səlimov bu gün böyük müzakirələrə səbəb olan anlizlərin fotovariantını təqdim edib. Azərbaycanın tanınmış müğənnisinə Milli Onkologiya Mərkəzi tərəfindən belə bir diaqnoz qoyulub.