Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Faytonçu Nazim suçiçəyi olub?

  • 2025.04.25 16:19
  • 122 Baxış
Faytonçu Nazim suçiçəyi olub?



Müğənni Nazim Pişyarinin (Faytonçu) səhhətində yenidən problem yarandığı haqqında məlumatlar yayılıb.


"Medicina" xəbər verir ki, yayılan məlumatlarda onun su çiçəyinə yoluxduğu və on gün karantində qalacağı bildirilir.

Səhhəti ilə bağlı Oxu.Az-a açıqlama verən Nazim Pişyari bildirib ki, yayılan məlumatlar əsassızdır.

"Səhhətimdə heç bir problem yoxdur. Bir az nasazlamışdım, artıq sağalmışam, hər şey də normaldır, hər şey qaydasındadır. Xırda bir şeyi çox şişirdiblər. Özümü lap yaxşı hiss edirəm", - deyə N.Pişyari vurğulayıb.