Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Faytonçu" Nazim səhhəti ilə bağlı yenidən Türkiyəyə getdi

  • 2017.09.26 10:31
  • 14640 Baxış
"Faytonçu" Nazim səhhəti ilə bağlı yenidən Türkiyəyə getdi
"Faytonçu” ləqəbli ilə tanınmış müğənni Nazim Pişyarinin səhhətindən xəbər var.

 

Medicina.az lent.az-a istinadən xəbər verir ki, ifaçı müayinə üçün Türkiyəyə yollanıb. O bildirib ki, artıq vəziyyəti yaxşıdır: "Bütün dostlarımı, qohumlarımı, ailəmi, məni sevənləri sevindirməyə tələsirəm. Yoxlanışdan keçdim, nəticə əla oldu. Sağlamam... Bütün həkimlərimə təşəkkür edirəm”.


Qeyd edək ki, Nazim öd kisəsindən əməliyyat olunub. Həkim səhvi nəticəsində o, 12 saat əməliyyatda qalıb, daha sonra ona yalandan xərçəng diaqnozu qoyulub. Sağlamlığında ciddi problemlər yaranan müğənni İsrail və Türkiyədə müalicə alıb, bir neçə dəfə əməliyyat olunub.