Alimlər indiyədək bəzi hüceyrələrin insan orqanizmi üçün faydasız olması qənaətində idilər.
Lakin ardınca məlum oldu ki, bu hüceyrələr ən qəddar viruslarla mübarizə aparmağa qadirdirlər.
Medicina.az xəbər verir ki, məsələnin mahiyyəti bu hüceyrələrin daim yuxulu halda olmasıdır. Bu səbəbdən alimlər onların ümumiyyətlə nə üçün mövcud olmasını bilmirdilər. Lakin bu hüceyrələr daim fəaliyyətdə olsalar, onlar orqanizmə ziyan vura bilərlər. Cisimlər fəallaşan zaman onlar orqanizmin digər hüceyrələrinin məhv edilməsinə tuşlanırlar.
Avstraliyalı alimlər sübut edə biliblər ki, bu hüceyrələr immunitet uğrunda mübarizədə gizli silahdır. Alim Kristofer Qudnou deyib: "Bizim orqanizmimizdə "lazımsız” maddələrin olması mümkün deyil”. Tədqiqatçı çoxlu təcrübə apararaq aşkar edib ki, xəstəlik zamanı bu hüceyrələr fəallaşır və virusu yox edir. Hesab edilir ki, bu kəşf əvvəllər sağalması mümkün olmayan İİV (İnsanda İmmunçatışmazlığı Virusu) və onkoloji xəstəliklərə qarşı mübarizəyə kömək edəcək. Yeni kəşf olunan hüceyrələr hər hansı virusu tapmağa və deaktivləşdirməyə qadirdir.(azərtac)