Həkim və teleaparıcı Aleksandr Myasnikov “Rusiya 1” telekanalının efirində artıq çəki ilə mübarizədə təsirsiz metodlardan danışıb.
Bu barədə “RİA Novosti” xəbər verir.
O, bədənin müəyyən nahiyələrinin soyuq hava kütləsinə məruz qaldığı və liposaksiya effekti bağışlayan kriolipoliz prosedurunu nümunə göstərib. Bu prosedurun yalnız qarın altındakı və ya buddakı yağ təbəqəsində lokal qüsurları olanlara uyğun olduğunu söyləyib.
“Piy - endokrin orqandır və onun funksiyası və biokimyası tam öyrənilməyib. Liposaksiya zamanı bədəndə elektrolit tarazlığı pozula, bu isə ürək çatışmazlığına səbəb ola bilər”, - deyə həkim aydınlıq gətirib.
A.Myasnikov son zamanlar məşhur olan vakuum apparat masajlarından da bəhs edib.
Mütəxəssis artıq çəkinin hormonlardan asılı olduğunu qeyd edib. O, orqanizmdə maddələr mübadiləsini sürətləndirmək və hormon sistemini “aldatmaq” üçün fiziki aktivliyi artırmağı və həyat tərzini tamamilə dəyişməyi məsləhət görüb.