Düyü diyetik məhsullardan hesab edilir. Lakin bunu bütün düyü növlərinə şamil etmək düzgün deyil.
Medicina.az xəbər verir ki, plov bişirəndə istifadə edilən ağ cilalanmış düyünün (uzun düyü) bir çox ziyanları var.
Uzun düyünün istehsalı zamanı o, bütün qişalardan təmizlənir. Hansı ki, bu qişalar düyünün əsas faydalı hissəsidir. Onların tərkibinə qidalı liflər, maqnezium, B qrupu vitaminləri daxildir. Emaldan sonra bizə faktiki olaraq yalnız karbohidratlar qalır.
Harvard İctimai Qidalanma Məktəbinin (Harvard School of Public Health) alimləri araşdırmalar zamanı 2-ci tip şəkərli diabetlə ağ cilalanmış düyünün istehlakı arasında əlaqə aşkar edib. Məlum olub ki, yüksək glikemik indeksə malik olan ağ cilalanmış düyünün tez-tez istehlakı şəkər xəstəliyinin riskini artırır.