Bu siyahıda nələrin olduğunu görsəniz, siz də heyrətlənəcəksiz.
Bavariyanın qidalanma üzrə mütəxəssisi Daniel Krel sağlamlıq mənbəyi hesab edilən və gündəlik menyuya daxil olunması tövsiyyə edilən balıq, pomidor, düyü, bir neçə tərəvəzin əksinə zərərli olduğunu irəli sürüb.
Medicina.az xəbər verir ki, siyahıda konserləşdirilmiş, bizim də çox aldığımız soyulmuş təzə pomidor birinci yerdədir. Bol tomat suyu, pomidor əslində çox faydalıdır, hətta xərçənglə mübarizə aparır.
Amma pomidor ki, bankaya bağlandı, onun qapağından, eləcə də banka dəmirdəndirsə, iç divarında Bisfenol A adlı maddə olur.
Pomidora keçib, ordan da orqanizmimizə düşən bu maddə hormonal balansı pozur, qalxanvari və mədəaltı vəzi zədələyir.
Tuns, ton, qılınc balıq kimi balıqlar və onların konservləri də civə ilə zəngin olduğundan onlar da sinir sistemi, qan və beyini zəhərləyir. Balığın yaşı da nə qədər çoxdursa, onun ətində ağır metal bir o qədər çoxdur.
Losos və digər balıqların yetişdirilməsində də pestisid və antibiotiklər çox istifadə olunduğundan bu balıqları iri marketlərdən, hətta yaxşı markalardan alıb yemək məsləhət deyil.
Dietoloq sevimli düyünün də zərərli olduğunu bildirib.
Ağ düyünün tərkibində heç bir faydalı maddə qalmayıb. Düyü yetişdirilən tarla torpaqlarında mışyak maddəsi çox olur. Bu zəhərli maddə düyünün kökündən ona hopur, nə qədər qaynar suda bişirsəniz də bu maddə itmir və bədəninizə keçir. Mışyak isə uşaq və yaşlıların beynindən tutmuş gözünə kimi ən həssas orqanları zədələyir.
Ağ düyüdənsə səhvəyi və yabanı sort düyülər seçin.