Cəmiyyətdə möhkəmlənmiş belə bir fikir var ki, meyvələr, tərəvəzlər, qoz-fındıq, ağ ət və kefir sağlamdır,şirniyyat, çips və kolbasa zərərlidir.
“Medicina” xəbər verir ki, ÜST-nin tövsiyə etdiyi kimi, enerji istehlakı ilə onun xərclənməsi arasında tarazlıq saxlamaq, yəni həddindən artıq yeməmək və kifayət qədər hərəkət etmək, həmçinin duz və şəkərin miqdarını azaltmaq vacibdir.
Amma bilmədiyimiz bir nüans var: bəzi məhsulların sağlam olduqları iddia edilsə də, onlar da az zərərli deyil. Söhbət şirin yoqurtlar, hazır taxıllar, protein plitələri və digər psevdo-sağlam qidalardan gedir.
Dietoloqlar sağlam pəhriz prinsiplərinə riayət edən insanlara diyetlərinə meyvələri, həm vitaminləri, faydalı lifləri daxil etməyi məsləhət görürlər, çünki ikincisi piylənməyə səbəb ola bilər.
Xüsusilə mütəxəssislər sənaye istehsalı olan nektarların tərkibinə şəkər əlavə edildiyi üçün istifadə edilməməsini bildirir.
Aynurə Məmmədova