Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Faydalarından yararlanmaq üçün… - Kətan toxumunu necə yemək düzgündür?

  • 2024.02.24 10:06
  • 2220 Baxış
Faydalarından yararlanmaq üçün… - Kətan toxumunu necə yemək düzgündür?
Pəhrizdə olanların sevimli qidalarından olan kətan toxumu sağlamlığa faydalarına görə hamının menyusuna daxil olmağa layiqdir.

Medicina.az xəbər verir ki, uzman dietoloq Şebnem Kandıralı Yıldırım kətan toxumunun faydalarından danışıb.

Dietoloqun sözlərinə görə, insanlar sivilizasiyanın başlanğıcından bəri kətan toxumunu istehlak edirlər.

“Qədim Misir və Yunanıstanda dərman məqsədilə, xüsusilə qarın ağrılarını aradan qaldırmaq üçün, həmçinin enerji mənbəyi kimi istifadə edilib. Omeqa 3 və omeqa 6 yağ turşuları, alfa linolenik turşusu (ALA), yüksək keyfiyyətli zülallar və liflə zəngindir. Bu birləşmələr bəzi xroniki xəstəliklərin (xərçəngin bir çox növü, şəkərli diabet, ürək-damar xəstəlikləri) profilaktikasında bioloji aktiv rol oynayır. Kətan toxumu yaxşı vitamin və mineral mənbəyidir. Tərkibində B1 vitamini , mis, molibden, maqnezium və fosfor var. 1 xörək qaşığı (10 q) üyüdülmüş kətan toxumu 2,8 q lif və 55 kalori ehtiva edir”, - deyə diotoloq diqqətə çatdırıb.

Kətan toxumunun ən çox həzm sistemini yaxşılaşdırmaq, qəbizliyi aradan qaldırmaq üçün də istifadə olunduğunu deyən Ş.K.Yıldırım menopoz zamanı qızdırmaları və döş ağrılarını aradan qaldırmaq üçün də ondan yararlanmağı tövsiyə edib.

“Kətan toxumu yağı artrit də daxil olmaqla müxtəlif problemlər üçün faydalıdır. Həm kətan toxumu, həm də onun yağı yüksək xolesterol ilə mübarizədə, qlükoza tolerantlığını yaxşılaşdırmaqda, iltihab göstəricilərini azaltmaqda və şiş əmələ gəlməsinə maneə törətməklə xərçəngin (bağırsaq, döş, prostat vəzi) qarşısını almaqda faydalıdır”, - deyə uzman dietoloq əlavə edib.

O, kətan toxumunun tərkibindəki omeqa 3 yağ turşuları, liqnanlar və antioksidantlar sayəsində qocalma ilə mübarizədə də təsirli olduğunu vurğulayıb:

“Tərkibindəki omeqa 3 yağ turşuları dərini hamar və nəmli saxlamağa kömək edir; liqnanlar üzdəki kapilyar damarları və dəri hüceyrələrini bərpa edir; antioksidanlar isə dərini sərbəst radikallardan, eləcə də UV şüalarından qoruyur. Bundan əlavə, kətan toxumu bədəndəki estrogenləri balanslaşdırır, beləliklə sebum istehsalını tənzimləyir və sızanaqları azaldır. Kətan toxumdan hazırlanan üz maskaları dərini ölü dəridən və qara nöqtələrdən təmizləyir, məsamələri daraldır”.

Uzman dietoloq kətan toxumundan istifadə edərkən diqqət edilməli olan nüansları da qeyd edib:

“Kətan toxumu yaxşı tolere edilir və allergiya halları nadirdir. Kətan toxumu istehsal edərkən çoxlu su içmək məsləhət görülür. Gündə 5 xörək qaşığı qədər istehlakın sağlam fərdlər üçün təhlükəsiz və faydalı olduğu müəyyən edilib. Qalxanabənzər vəzi problemi olanlar çox miqdarda kətan toxumu yeməkdən çəkinməlidirlər. Gündə maksimum 1-2 yemək qaşığından artıq yeməməlidirlər. Birdən-birə çox miqdarda kətan toxumu qəbul etmək vərdiş etməmiş insanlarda şişkinlik, qaz, qarın ağrısı və ürək bulanmasına səbəb ola bilər. Hamilə və əmizdirən qadınlar kətan toxumundan istifadə etməməlidirlər. Kətan toxumu tərkibindəki omeqa 3 səbəbiylə qanı duruldur, yəni qanaxma problemi olanlar və ya qan durulaşdıran dərmanlardan istifadə edənlər də bu qidadan uzaq durmalıdırlar”.

Ş.K.Yıldırım kətan toxumunun arıqlamağı necə asanlaşdırdığını da izah edib:

“Tərkibindəki həll olunan liflər, aclıq hissini və yemək istəyini azaldaraq arıqlamağa kömək edir. Aparılan 45 tədqiqatın analizi göstərib ki, bədən kütlə indeksi 27 və daha yuxarı olan fərdlər 12 həftə ərzində gündə 30 qram (təxminən 3 xörək qaşığı) kətan toxumu qəbul etdikdə kilo itkisi baş verir”.

Uzman dietoloq 1 xörək qaşığı üyüdülmüş kətan toxumunu səhər yeməklərinə, sendviçlər üçün hazırlanan souslara, qatığa və s. əlavə edərək yeməyi məsləhət görüb.

“Kətan toxumu peçenye, keks, çörək, pilov kimi qidaların tərkibinə qatılaraq bişirilə də bilər. İçkilərə və smuzilərə də kətan toxumu əlavə etmək doğru üsuldur”, - deyə dietoloq bildirib.

Gül