Faringit udlağın arxa divarının iltihabına deyilir,kəskin və xronik formaları var.
Kəskin faringit 90% hallarda kəskin respirator infeksiyanın əlaməti olaraq meydana çıxır və bu əlamətləri verir.
-boğazda qızartı,ağrı,
-qızdırma,
-halsızlıq şikayətləri ilə özünü göstərir.
Xroniki faringit zamanı isə boğazda yad cisim,yanğı hissiyyatı ön planda olur.
Pasiyent davamlı olaraq boğazda qıcıqlanma hissiyyatından əziyyət çəkdiyini bildirir.
Xroniki faringitin bir neçə əsas səbəbini misal gətirmək olar:
???? Siqaret çəkmək
???? Çox ədviyyatlı,acılı,tomatlı,çox soyuq yaxud çox turş qidaların, şorabaların,qazlı içkilərin,qaynar çayın qəbulu,mayenin az qəbulu xroniki faringitə səbəb olur.
???? Larinqofarengeal və ya qastroezofageal reflüks zamanı mədədən turşunu yuxarı qalxır ve boğazı qıcıqlandırıb xroniki faringitə səbəb olması.
???? Burun tənəffüsünün çəpər əyriliyi,vazomator rinit,allergik rinit, polipler,sinusitler və s.səbəbindən qənaətbəxş olmaması zamanı xəstə davamlı olaraq ağızla nəfəs almağa məcbur olur,nəticədə soyuq,quru havanın davamlı olaraq boğaza təsiri faringitə səbəb olur.
Əgər sizdə bu sadalanan əlamətlərdən əziyyət çəkirsizinsə tezliklə həkimə müraciət etməyiniz məsləhətdir.
Bioloji Təbabət Klinikasında bu xəstəlik uğurla müalicə olunur.
Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI