Soyuq aylardan başlayan boğaz ağrısı, səs tutulması, qıcıqlanma, öskürək bəzən türkəçarələrlə müalicə olunsaq da, keçmir. Bu zaman LOR müayinəsi vacibdir və çox zaman diaqnoz faringit qoyulur.
“Medicina” xəbər verir ki, faringit udlağın limfoid toxumasının dərin iltihabi xəstəliyidir.
Faringitin yaranmasının əsas səbəbi soyuq havanın udulması, çirkli hava, buzlu su, digər infeksiyalar, iltihabi proseslər, mədə turşuluğu və dişlərdə xəstəlikdir.
Boğazın selikli qişasında pnevmokokk və streptokokkların çoxalması səbəbindən orda mikrob ocağı yaranır.
Çox zaman qripdən sonra olur. Kariyes və diş əti xəstəlikləri də boğaza təsir edir.
Kəskin forma 10 günə qədər davam edir, sonu normal gedişatlıdır.
Xroniki formada xəstəlik sanki sağalmır, mütəmadi kəskinləşir.
Faringitin simptomları: boğazda qıcıqlanma, quruluq, udqunanda ağrı, nadir halda qızdırma, yüngül qızartı, qıcıq öskürəyi, səsdə dəyişiklik.
Vaxtında düzgün müalicə qısa müddətdə sağalma verir. Müalicə etmədikdə, xroniki hala keçir.
Faringitdə həmişə yanaşı olaraq, burun tutulur.
Bu zaman buruna genişləndirici damcılar olmaz, siz vəziyyəti daha da pisləşdirə bilərsiz.
Faringiti LOR həkim müalicə edir.
Aygün Musayeva