Yekaterinburqda öd kisəsi "çini" olan xəstə əməliyyat olunub
“Medicina” xəbər verir ki, 55 yaşlı qadın yüksək hərarət və qaraciyər nahiyəsində kəskin ağrılarla 7 saylı Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Kompüter tomoqrafiyası inkişaf etmiş öd daşı xəstəliyinin ağırlaşmasını - bağırsaq və öd kisəsi arasında fistula olduğunu göstərdi.
Proses zamanı cərrahlar öd kisəsi ilə onikibarmaq bağırsaq arasında ikinci fistula aşkar ediblər.
"Uzun müddətli xolelitiyaz xalq dilində "çini" öd kisəsi adlanan healinokalsinoz yaradıb: orqanın divarları kalsium duzları ilə dolub, bu da orqanın tam fəaliyyətinə mane olur".
Qadın altı saat əməliyyat olundu.
Çini öd kisəsində öd kisəsi şəffaf ağ divarlara malik olur.
Aygün Musayeva