Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Facebook"da vaksinlər haqda saxta məlumat yayılır - Forbesin redaktoru

  • 2021.07.28 19:00
  • 1655 Baxış
"Facebook"da vaksinlər haqda saxta məlumat yayılır    - Forbesin redaktoru

ABŞ-ın “Forbes” jurnalında “Facebook” şəbəkəsində 200-dən çox qrup koronavirus peyvəndləri haqda saxta informasiyalar yayır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi “Forbes”in redaktoru Abram Braundur.



Bakupost.az Novator.az saytının ingiliscədən çevirdiyi yazını təqdim edir:

Bu yaxınlarda ABŞ prezidenti Cozef Bayden “Facebook” şəbəkəsini koronavirus peyvəndləri haqda yayılan saxta informasiyalara görə kəskin tənqid etdi. Şirkət bu açıqlamaya eyni təpkiylə reaksiya verdi və paylaşılan məlumatlara cavabdeh olmadığını vurğuladı.

Ancaq bugünlərdə dərc olunan yeni tədqiqatın nəticələri “Facebook”un həqiqətən də dezinformasiya mənbəyinə çevrildiyindən xəbər verir.

İnformasiya texnologiyalarına liberal nəzarət qurumu olan “Media Matters for America”nın araşdırmasında göstərilir ki, hazırda “Facebook”da peyvəndlər haqda saxta informasiyalar yayan 284 özəl və dövlət qrupu var. Bu isə tədqiqatçıların aprel ayında aşkarladığı göstəricidən iki dəfə çoxdur. Həmin qrupların yarım milyon üzvü olduğu bildirilir.

“Media Matters”in aşkarladığı 15 min üzvü olan 6 qrup yalnız dəvət yolu ilə formalaşır. Bu isə onları izləməyə imkan vermir. Tədqiqatçılar bildirirlər ki, qrupların sırf dəvət yolu ilə formalaşması ictimai rəydən çox saxta informasiyaların yayılmasına münbit şərait yaradır və belə qrupların dərindən araşdırılmasına ehtiyac var.

“Facebook”un vaksinlər haqda saxta məlumatlarla mübarizədə rolu Baydenin açıqlamasından sonra daha da kəskinləşib. ABŞ prezidenti “Facebook”u təqsirli sayarkən “Onlar insanların ölümünə səbəb olur” cümləsini işlədib.

Sonra Ağ ev bu məsələ il bağlı mövqeyini qismən yumşaltmağa çalışsa da, “Facebook” vaksinlər haqda saxta məlumatlara qarşı daha güclü mübarizəyə başladığını nümayiş etdirməyə tələsir.

“Facebook”un nizam-intizam üzrə vitse-prezidenti Qay Rozen öz bloqunda yazıb ki, pandemiya başlanandan platforma COVİD-19 haqda 18 milyon saxta informasiyanı silib, 167 milyon məlumatın yayılmasına isə məhdudiyyət qoyub. Həmçinin “Facebook” qrupların yönəltdiyi istifadəçilər üçün daha geniş yeni vasitələr təqdim edib. Ancaq Qay Rozenin toxunduğu yeni funksiyalar qrup liderlərinin istədiyi həddə qədər təsirli ola bilir.

Qruplar “Facebook”a sonsuz problemlər yaradır. Şirkətin rəhbəri Mark Suxerberq də son bir neçə ildə qrupların tətbiqdə rolundan narahatlığını ifadə edib. Bu prosesin qarşısını almaq üçün 2019-cu ildə “Facebook” dizaynını dəyişib. Nəticədə hətta ictimai qruplar da “Facebook”dakı xəbər lentindən çox intim və cəlbedici söhbətləri təbliğ etməyə meyllənib ki, şirkətin də məqsədi elə bu idi.

“Media Matters”in qeydə aldığı ən böyük qrup 95 min üzvü olan “Kanadada ölümlər və arzuolunmaz reaksiya” qrupudur. Tədqiqatçılar bu qrupun böhtan xarakterli çoxsaylı məlumatlar yaydığını aşkarlayıblar. Həmin məlumatlar arasında vaksinlərin məxfi ekperimentlərin tərkib hissəsi olduğuna dair iddialar da yer alır.

46 min 400 üzvü olan digər bir qrupun istifadəçisi isə belə bir post paylaşıb: “Mən onların insanları koronavirusla öldürmək istədiyinə həqiqətən inanıram… Düşünürəm ki, bu iynə səhhətində problem olanların vəziyyətini daha da pisləşdirir, sağlam insanlara isə heç vaxt keçirmədikləri xəstəlikləri ötürür. İnsanlar oyanmalı və peyvəndə “yox” deməlidirlər”.