Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Facebook”, “İnstagram” Azərbaycanda ailə institutunu dağıdır - Dövlət Komitəsi hərəkətə keçdi

  • 2018.12.25 11:40
  • 6203 Baxış
“Facebook”, “İnstagram” Azərbaycanda ailə institutunu dağıdır -  Dövlət Komitəsi hərəkətə keçdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova valideyn-uşaq münasibətlərindən danışıb.


Medicina.az xəbər verir ki, komitə sədri ailə üzvlərinin virtual məkanlarda daha çox vaxt keçirdiyini, bir-biri ilə ünsiyyət qurmadığını deyib. O, bu halın insanları bir-birindən uzaqlaşdırdığını, soyuqluq yaratdığını vurğulayıb: "Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.


H. Hüseynova əlavə edib ki, eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün "Ailəlikcə kitabxanaya” layihəsi həyata keçirilir: "Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha mehriban edir. Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılıb. Lakin bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqunu təşkil edirik”.