Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Facebook bundan sonra fikrimizi də oxuya biləcək – Xüsusi proqram hazırlanır

  • 2019.08.02 14:53
  • 4125 Baxış
Facebook bundan sonra fikrimizi də oxuya biləcək –  Xüsusi proqram hazırlanır
Kaliforniya alimləri Facebookun Reality Labs bölməsi ilə birgə beyin aktivliyinin nitq hissəsinin kodunun açılması üzərində işləyirlər. 

Medicina.az xəbər verir ki, bu barədə Facebook bloqunda məlumat verilib.


Təcrübənin iştirakçıları baş beynində əməliyyat keçirmiş epilepsiya xəstələri olub. BCİ adlanan interfeys beyindən keçən fikri dekodlaşdıraraq sözə çevirib computer akranına çıxarıb. Hələ ki, dəqiqədə 50-70 söz deşifrə olunub. Bunu 1000 sözə qaldırmağı planlayırlar. 


Facebook bu texnologiyanın hazırlanmasında məqsədin gələcəkdə iflic olmuş, nitqini itirmiş xəstələrə kömək olduğunu bildirib.


Onlar yanlarında kiçik neinvaziv cihaz gəzdirəcək və lazım gəldikdə demək istədikləri sözü beyinlərində aktivləşdirib cihazın ekranına ötürəcək.

Bununla da ətrafdakılar onun nə demək istədiyini anlayacaq. 


Layihənin rəhbərlərindən biri Endru Bosuort bildirib ki, bu texnologiyada proqress əldə olunsa, reallığı əks etdirib beyinə ötürən eynəklərin də hazıranmasını aktuallaşdıracaq.