Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

  • 2024.05.13 15:27
  • 931 Baxış
Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? -  Osman Müftüoğludan tövsiyələr
Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələlərin düzgün işləməsini təmin etdiyini vurğulayıb.

Medicina.az xəbər verir ki, o, bədənin kalium ehtiyacını təbii şəkildə ödəməyin yollarını izah edib.

"Kalium xüsusilə skelet və ürək əzələlərinin fəaliyyətində təsirlidir. Hipertoniya və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün tərkibində kalium mineralı olan qidalar istehlak edilməlidir", - deyə professor qeyd edib.

Onun sözlərinə görə, bunun üçün istehlak edilməli olan kaliumla ən zəngin qidalar bunlardır:

Banan

Ən çox kalium ehtiva edən qidalardan biri kimi tanınır. 1 orta ölçülü bananda təxminən 422 mq kalium var. Başqa sözlə, gündəlik kalium ehtiyacınızın 9%-nə uyğundur. Qəlyanaltılarda banan istehlak edə bilərsiniz.


Avokado

Son dövrlərdə daha geniş istehlak edilir. Onu səhər yeməyində və salatlarda daha çox istifadə edirlər. Tərkibindəki kaliumun miqdarı 487 mq-dır. Avokado istehlak etməklə orqanizminizi sağlam yağlar, vitaminlər və kalium mineralı ilə təmin edə bilərsiniz.


Sitrus meyvələri

Effektiv kalium qaynağı olan sitrus meyvələri su və mineral balansının qorunmasında təsirlidir. Orqanizmdə mineral balansını və maye tənzimlənməsini təmin edir. Bədəndə natriumun azaldılması və duz səviyyəsinin tarazlaşdırılması üçün əla vasitədir. Əzələ sıxılmalarının qarşısını almaq üçün sitrus meyvələri istehlak edə bilərsiniz.


Kartof

Dünyanın bir çox mətbəxinin əvəzolunmaz ləzzəti olan kartof faydalı karbohidrat mənbəyidir. Kaliumla çox zəngin olan kartof düzgün bişirmə texnikasından istifadə edilərək hazırlanmalıdır. Kartofun faydalarından yararlanmaq üçün onu suda qaynada və ya sobada bişirə bilərsiniz.


Pomidor

Qan təzyiqini tarazlaşdırmaq və ürək sağlamlığını qorumaq üçün hər gün pomidor yeyin. Pomidorun müntəzəm istehlakının infarkt riskini azaltdığı bildirilir. Pomidor həm də qan təzyiqini balanslaşdırır, natrium konsentrasiyasını tarazlamağa kömək edir.


Ərik

Kaliumla zəngin olan meyvələrdən biridir. Maddələr mübadiləsinin gücləndirilməsində, orqan və toxumaların daha sürətli bərpasında təsirli rol oynayır. Bundan əlavə, quru ərik zülal sintezi üçün də faydalıdır.


Şaftalı

Yüksək qan təzyiqi, sinir sistemi pozğunluqları və əzələ zəifliyinin qarşısını alır. Bundan əlavə, şaftalı hamiləlik dövrünü dəstəkləyən faydalı bir meyvədir. Ürək sağlamlığını qorumaq üçün şaftalı istehlak edin.


Kərəviz

Zərərli maddələrin bədəndən asanlıqla çıxarılmasını təmin edən kərəviz təmizləyici təsir göstərir. Zob və revmatizm hallarında bədən sidik turşusu kimi tullantı məhsulları parçalamaqda çətinlik çəkir. Lakin kərəvizin tərkibindəki kalium bu prosesi dəstəkləyir və sidik turşusunun orqanizmə zərər verməsinin qarşısını alır.


Ət

Əzələ inkişafını təmin edən kalium ümumiyyətlə bütün növ ət, süd və süd məhsulları, balıqlarda yüksək miqdarda olur. Ancaq bu zülal mənbəyi qidaları tək başına istehlak etmək kalium əldə etmək baxımından doğru addım olmaya bilər. Əti tərəvəzlərlə birgə yemək daha faydalıdır.


Aysel