Əzələ kütləsinin itirilməsi və yağ, piy toxumasının əriməsi süd vəzi xərçəngi xəstələrində yaşama şansı və müddətinə mənfi təsir edir.
Medicina.az xəbər verir ki. ABŞ Xərçəng araşdırmaları institunun tədqiqatçıları yeni araşdırmanın nəticələrini dərc ediblər.
Araşdırmada orta yaş həddi 54 olan 3 000 qadın haqqında məlumat toplanıb. Onlar metastaz verməyən 2-3 dərəcəli süd vəzi xərçəngi diaqnozu qoyulmuş pasiyentlər idi. Alimlər onların yağ, piy toxuma həcmini və əzələ kütləsini ölçüblər. Daha sonra 3 il müalicə ərəfəsində bu müşahidəlrə davam etdirilib. 34% pasiyentdə xəstəliyin gedişatında sarkopeniya - əzələ kütləsi və gücünün itməsi, 37% -də isə əzələ toxumasının möhkəmliyinin azalması təsdiq olunub. Analizlər göstərib ki, ən yüksək ölüm həddi məhz sarkopeniya baş verən pasiyentlərdə olub. Bu qadınlarda xərçəngdən ölmə riski 41% artıqdır. Əzələ kütləsi normal olan qadınlarda isə bu faiz azdır.
Həmçinin piy, bədən çəkisi də ölüm faizinə təsir edir. İfrat kök pasiyentlərdə bu risk daha çoxdur, nəinki arıq qadınlarda.
Əgər süd vəzi xərçəng xəstəsi qadında həm sarkopeniya, həm də piylənmə varsa onun xəstəlikdən ölmə ehtimalı 89% -ə qalxır.
Bu araşdırmanın nəticəsi olaraq belə məsləhət görülür ki, yaşı 30-dan yuxarı olan qadınlar nəinki piylənmədən özünü qorumalı, həmçinin bədən əzələ kütləsinin formada olması üçün məşqlər etməlidirlər.
Statistikaya görə, hər 10 ildən bir qadınlar əzələ kütləsinin 5%-ni itirir.