Əzələ ağrıları, taqətdən tez düşmək, ayaqlarda suluqlar koronavirus yoluxmasından xəbər verə bilər.
Medicina.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Fövqəladə Elmi Məsləhətçi Qrup (SAGE) üçün hazırlanmış məruzədə bildirilir. Belə ki, həmin əlamətlər xəstənin yaşına və xüsusiyyətlərinə görə müxtəlif cür büruzə verə bilər.
Lakin Səhiyyə Nazirliyi test mərkəzlərini daha çox yükləməmək üçün yeni əlamətləri rəsmi siyahıya salmayıb. Lakin ölkədə rəsmi olaraq COVID-19-un əlaməti qismində qızdırma, davamlı öskürək, iybilmənin itməsi və ya dəyişməsi hesab olunur.
Xatırladaq ki, pandemiya dövründə Böyük Britaniyada bütövlüklə 570 mindən çox insan yoluxub, onlardan 42 mindən çoxu ölüb.